Şəfəqə Doğru » Gündəm » Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə onun məzarını ziyarət edib.

Bu barədə o sosial şəbəkə hesabında paylaşıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik. Ruhu şad, məkanı cənnət olsun.”

gununsesi.info