Mərkəzin Ağstafa şəhəri, R.Alıcanov küçəsində istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, müəssisənin məsul şəxsləri, şəhidlərimizin valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Seymur Orucov qeyd edib ki, mənəvi-psixoloji sağlamlığın qorunmasında aktiv rol oynayan bu cür sosialyönümlü layihənin Ağstafada da uğurla icra olunması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə böyük diqqətin göstəricisidir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara böyük töhfələr verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür.
“1 İnci” Psixoloji Nitq Mərkəzi”nin təsiscisi Musa Nəsibov, logoped-defektolog Xalidə Məhmanova müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildiriblər ki, mərkəz əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş aparılır. Bununla yanaşı yaş həddi olmadan insanlara psixo-pedaqoji, loqopedik, psixoloji, müalicəvi idman, eləcə də digər yardımlar göstərilir. Mərkəz psixo-pedaqoq, psixoloq, müalicəvi idman mütəxəssisi və loqoaped olmaqla dörd ixtisas üzrə sakinlərə peşəkar xidmətlər göstərəcəkdir. Burada autizm, zəka yetərsizliyi, psixi inkişaf ləngiməsi, nitq ləngiməsi, ümumi inkişaf ləngiməsi, daun, serebral iflic, kəkələmə, afoziya və.s sahələr üzrə terapiyalar aparılır. Seanslar xüsusi tərtib olunmuş proqram əsasında həyata keçirilir.
Tədbir iştirakçıları mərkəzin yeni binası ilə yaxından tanış olub, orada yaradılan şəraiti yüksək qiymətləndiriblər.
