Şəfəqə Doğru » Gündəm » MDBZelenskinin ən yaxın adamı həbs edildi

MDBZelenskinin ən yaxın adamı həbs edildi

MDBZelenskinin ən yaxın adamı həbs edildi

Kiyevdə məhkəmə Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş aparat rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib. Qərar korrupsiya və çirkli pulların yuyulması işi üzrə keçirilən məhkəmə iclasında elan olunub.

Proses “Novosti.live” telekanalının canlı yayımında nümayiş etdirilib.

Məlumata görə, prokurorluq Yermakı elit tikinti layihələri vasitəsilə milyonlarla dolların leqallaşdırılmasında ittiham edir. Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Bürosu onun böyük maliyyə sxemində iştirak etdiyini iddia edir.

Beləliklə, Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Yermakı 60 gün müddətinə həbs etdi. Ona həmçinin 140 milyon qrivna (təxminən 23,5 milyon rubl) girov şəklində alternativ qətimkan tədbiri seçildi.

Yermak isə ittihamları qəbul etməyərək günahsız olduğunu bildirib.

Qeyd edək ki, Andrey Yermak uzun müddət Zelenskinin ən yaxın siyasi fiqurlarından biri hesab olunurdu və Ukrayna hakimiyyətində mühüm təsir imkanlarına malik idi.