Şəfəqə Doğru » Gündəm » DİN-dən iki şəhər və bir rayonda uğurlu əməliyyat

DİN-dən iki şəhər və bir rayonda uğurlu əməliyyat

DİN-dən iki şəhər və bir rayonda uğurlu  əməliyyat

Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə Baş İdarəsi (BNMİ) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

Bu barədə DİN məlumat yayıb.

Belə ki, Bakı və Sumqayıt şəhərləri, eləcədə Masallı rayonunda reallaşan tədbirlərlə əvvəllər məhkum olunmuş Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib //oxu.az