Şəfəqə Doğru » Gündəm » Alkoqolizmin ən məkrli forması hansıdır?

Alkoqolizmin ən məkrli forması hansıdır?

Alkoqolizmin ən məkrli forması hansıdır?

"Alkoqolizmin ən məkrli forması pivə alkoqolizmidir".

Bu barədə rusiyalı psixoloq Yaroslav Klimov UfaTime.ru nəşrinə müsahibəsində danışıb.

Həkim bu növ asılılığın səbəblərini və simptomlarını sadalayıb.

 Onun sözlərinə görə, bir çoxları pivəni zərərsiz içki kimi qəbul edir, ona görə də tez-tez içirlər, lakin öz vərdişlərini alkoqolizm hesab etmirlər. Yaroslav Klimov bildirib ki, hətta gündə bir-iki litr pivə içənlər belə asılılıqlarını qəbul etməyə bilərlər.

Lakin psixoloq əmin edib ki, pivə alkoqolizmi də mövcuddur. Bunun simptomları kimi isə gündəlik hətta az miqdarda pivə istehlakı, bu içki olmadan rahatlaya və ya stresi aradan qaldıra bilməmək, qarnın piylənməsi, şişkinlik və nəfəs darlığı kimi halların adını çəkib. Bundan əlavə, zaman keçdikcə insan içdiyi alkoqolun miqdarını artırmağa və içki içə bilmədikdə qıcıqlanma hiss etməyə başlayır.

 Yaroslav Klimov qeyd edib ki, pivə alkoqolizmi xroniki pankreatit, qaraciyər sirrozu, hipertoniya və gənc yaşda infarkta, 2-ci tip şəkərli diabetə, eləcə də ağır ürək xəstəliyinə səbəb ola bilər.

 "Alkoqolun istənilən müntəzəm qəbulu təhlükəlidir. Əgər "pivəsiz axşam axşam deyil" kimi bir halın fərqinə varırsınızsa, bu artıq ciddi siqnaldır", - deyə mütəxəssis vurğulayıb // oxu.az