Şəfəqə Doğru » Gündəm » Gəncədə istixananın suvarılması ilə bağlı dava - Bir-birlərinə xəsarət yetirdilər

Gəncədə istixananın suvarılması ilə bağlı dava - Bir-birlərinə xəsarət yetirdilər

Gəncədə istixananın suvarılması ilə bağlı dava - Bir-birlərinə xəsarət yetirdilər

Gəncədə dava iki nəfərin xəsarət alması ilə nəticələnib.

“Qafqazinfo”ya istinadla xəbər verilir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Alıyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında mübahisə düşüb.

Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, dava istixananın suvarılması ilə bağlı düşüb.