Şəfəqə Doğru » Gündəm » Sahil Babayev : "Kənd təsərrüfatı sektoruna əlavə 2 milyard xərclənəcək"

Sahil Babayev : "Kənd təsərrüfatı sektoruna əlavə 2 milyard xərclənəcək"

Sahil Babayev : "Kənd təsərrüfatı sektoruna əlavə 2 milyard xərclənəcək"

"Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına dövlət büdcəsindən 2 milyard manata yaxın vəsaitin xərclənməsi nəzərdə tutulur".

Bu sözləri Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun prioritet sahələrindən biri qismində çıxış edir və hər il dövlət büdcəsindən qeyd edilən sahəyə subsidiya, güzəşt və digər dəstək alətləri vasitəsilə əhəmiyyətli dövlət dəstəyi göstərilir: "Sözügedən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir"/// mia.az