Şəfəqə Doğru » Gündəm » Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat həyata keçirilib

Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat həyata keçirilib

Türkiyədə 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat həyata keçirilib

Türkiyənin iki şəhərində 7 kriminal dəstəyə qarşı eyni anda əməliyyat keçirilib.

Mia.az-ın Türkiyə mətbuatına istinadla yayımladığı xəbərdə bildirilir ki, İstanbul və Bursada eyni vaxtda baş tutan əməliyyatlarla 7 silahlı cinayətkar şəbəkə üzvlərindən 28 şübhəli saxlanılıb.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsindən verilənn məlumata görə, 

İstanbul, Bakırköy və Qaziosmanpaşa Respublika Baş Prokurorluğu tərəfindən koordinasiya edilən əməliyyatlarla Başakşehir, Güngören, Avcılar, Maltepe, Fatih, Esenyurt, Kağıthane və Bağcılar rayonlarında çoxsaylı müxtəlif cinayətlərdə iştirak edən 7 ayrı mütəşəkkil silahlı cinayətkar qruplaşma üzvlərinin şəxsiyyətlərini və ünvanlarını müəyyən oluub: "İstanbul və Bursadakı ünvanlarda eyni vaxtda keçirilən əməliyyatla saaxlanılan 28 nəfərdən bəziləri qırmızı büllütenlə axtarışda olublar. Onlardan sənədsiz tapança və tüfənglər aşkarlanaraq götürülüb. Faktla bağlı istintaq davam edir".