Rusiyanın LUKOIL neft şirkətinin təsisçisi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov şirkətə məxsus neft emalı zavodlarının bərpası ilə bağlı açıqlama verib.
Xəbərdə bildirilir ki, 76 yaşlı iş adamı Ukraynanın dron və raket zərbələri zamanı zərər görən zavodların fəaliyyətinin bərpası üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.
“Bu, həmişə ən qısa müddətdə mümkün olmur. Lakin bərpa olunmaq üçün bizə iki-üç həftə kifayət edir”, – Ələkbərov deyib.
Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda anadan olub və LUKOIL şirkətinin əsasını qoyub. O, Rusiyanın ən varlı iş adamlarından biri kimi tanınır//modern.az