“Microsoft” şirkətinin qurucusu Bill Qeyts NBC News-a müsahibəsində Vaşinqtondakı qanunvericiləri süni intellektin inkişafını tənzimləməyə çağırıb.
Xəbərdə bildirilir ki, Bill Qeytsin bu çağırışı ölkənin ən böyük süni intellekt laboratoriyalarının rəhbərlərinin bu sahədəki tərəqqinin sürətinin azaldılmasının zəruri olduğu barədə razılığa gəlməsindən bir neçə həftə sonra səslənib.
“İcraedici qurumlar və siyasətçilər təhlükəsizlik tədbirlərinin və monitorinqin necə həyata keçirilməli olduğu ilə bağlı müzakirələrə qoşulmalıdırlar. Bu, məcburi şərt olmalıdır.
Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə gətirib çıxarmaq üçün kifayət qədər güclü vasitədir. Bəd niyyətli insanların ən yeni süni intellekt alətlərindən istifadə etməsinin yaratdığı birləşmə qədər güclü silah əvvəllər heç vaxt mövcud olmayıb”, – deyə Bill Qeyts bildirib//modern.az
