Şəfəqə Doğru » Gündəm » Cidanı Çuvalda gizlətmək olmaz

Cidanı Çuvalda gizlətmək olmaz

Cidanı Çuvalda gizlətmək olmaz

                                                                           

 

Bu məsəli sərlövhəyə elə-belə gətirməmişik.Çünki cidanı çuvalın harasına qoysan mütləq deşib çıxacaq,ucu görünəcək.Bəzi  idarə rəisi ,yaxud da nazirin işdə buraxdığı ciddi səhv və nöqsan ,vəzifədən sui –istifadə ,dövlət əmlakını mənimsəmə halları  gec-tez külli aləmə faş olur.Elə götürək Tovuz rayon təhsil şöbəsinin müdiri Validə xanım Hüseyinovanı .İki il  yarım əvvəl etimad göstərərək,onu bu vəızifəyə gətiriblər. Başladı "islahatlar”a "Köhnə kadırlar”a yeni ,təcrübəsiz ,təhsil işindən bixəbərlərlə əvəz edildi.Təcrübəli ,təhsil nazirliyi tərəfindən işi bəyənilən ,”İlin ən yaxşı məktəbi”adına layiq görülən direktorlar hədəfə alındı.

  Bu yerdə Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbin sabiq direktoru Abbas Abbasovun başına açılan müsibətlər ,oyunlar yada düşür.1994-cü ildən 2013-cü ilin avqust ayınadək 19 il fasiləsiz həmin məktəbə rəhbərlik edən və Azərbaycan Respublikası Prezidentinin 20iyun 2012-ci il tarixli sərəncamı ilə "İlin ən yaxşı məktəbi "adına layiq görülən bir təhsil ocağının direktoruna elə divan tutuldu ki,aylarla yorğan –döşəkdən qalxa bilmədi.

   Müdirin tələbi  nə idi və direktorlardan nələri tələb edirdi?İlk öncə hər paralel sinfə 300(üç yüz)manat məbləğində ,yəni təkcə Əyubblu kənd tam orta məktəbinin direktoru 3300(üç min üç yüz )manat pul verməli idi.Eləcə də digər məktəblər .Binəva direktorlar bu qədər pulu haradan ,necə toplayıb verə bilərdilər?Bu tələbə etiraz edənlər də ,qol qoyanlar da oldu.Kim ki ,Abbas müəllim kimi etiraz bayrağına qaldırdı,məktəbdə yoxlama –zad keçirilmədən xoruzu qoltuğuna verildi.Beləliklədə az vaxtda 120 sazta sinif açıldı .Eləcədə abunə bəhanəsi ilə direktorlardan külli miqdarda pul toplanılması barədə göstərişlər verildi.Əlimizdə olan məlumatda qeyd olunur ki, "abunə kampaniyası "adı altında vtoplanan pulun 70 (yetmiş) min manatı mənimsənilib.Son iki ildə sinif otaqlarının qış mövsümündə qızdırılması adı altında 150000(yüz əllli min)manatlıq duru yanacaq alınıb.Əslində 90-a yaxın kənd və şəhər məktəbinin heç birinə duru yanacaq verilməyib.Hər çey saxta sənədlər üzərində qeyd olunub.

  Ən bəlalısı odur ki,dərs ilinin əvvəlində sinif açmaq üçün məktəblərdən bir-birinə şagirdlər yazdırılmış ,iki aydan sonra isə geri qaytarılmışdır.(Bu oyundan isə şagirdin xəbəri olmayıb ).Beləliklə ,ilin sonuna kimi bu saxtakarlıq davam edərək külli miqdarda dövlət vəsaiti mənimsənilib.   Yoxlayıcılar isə faktların üstündən "sükutla "keçmişlər.

  Biz əvvəlki nömrəmizdə "Kirpi "sevərlərə bəyan etmişdik ki,Tovuz təhsil şöbəsindən gələn şikayət və siqnalları sandığımız tutmur. Həmin ağrılı və acılı faklardan biri də ondan ibarətdirki,qeyri ixtisası olanlardan 28 nəfər psixoloq müəllim kimi lurnal götürüb sinifə daxil olur.46 nmüəllim saxta diplomla işləyir. Yüzlərlə müəllim testdən keçməyərək müdirin "xeyr duası "ilə müəllim işləyir. Müəllimlərin xəbəri olmadan onların aylıq  zəhmət  1 faiz "Uşaq fondu”adı ilə pul tutulur.Həmin pullar da saxta sənədlər əsasında mənimsənilir.Son iki ildə məktəblərə avadanlıq (idman geyimləri ,top,tor,pərdə,örtük və s.)verilmədiyi halda bu maddə üzrə,eləcədə xərc maddələri üzrə ayrılan pullar da həzm rabedən keçirilmişdir.

  Bunlar az imiş kimi təhsil nazirliyinin adı ilə hər şagirddən 1—2 manat olmaqla gündəlik pulu yığılmışdır.Lakin heç kəsə bir manatlıq da olsun belə gündəlik verilməmişdir.Məktəblərdə kompüter kabinetlərinin açılması məqsədi ilə ayrılan pullar ciblərə axmışdır.Həmkarlar təşkilatında yığılan pulların bir qismi də o söz ...

   "Şəbəkənin təsdiqi "adı ilə məktəblilərdən külli miqdarda artıq pul yığılmışdır.

  Belə-belə işlər.İndi qoy hüquq mühafizə orqanları bu məsələləri araşdırsın,bu cür əməlləri törədənləri qanun qarşısında cavab verməyə çağırsın .Çünki cidanı  çuvalda gizlətmək olmaz.

Biz isə redaksiyamız tərəfindən qeyd edirik ki, Validə xanım araşdırma üçün müraciət edən jurnalistləri də qəbul etmir.Muavinini oturdub sanki kassirdi gələnə deyir ki,  gəl hörmətini al çıx get .Müəllimə heç bir jurnalist qəbul etmir.Dolayısı ilə Validə xanım hər şeyi öz arşını ilə ölçür.

  Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

                                   Sərhəd məmmədov.