Masallıda bıçaq sümüyə dirənib
İcra başçısı Rafil Hüseynovun deputat Nəriman Əliyevlə konflikti camaatın başında çatlayır.
İcra başçısı ilə deputat yola getmir deyə torpaqların bölüşdürülməsi, problemlərin həll edilməsi istiqamətində ikitirəlik yaranır.
N.Əliyev yerli adam olduğunu deyərək daha üstün status malik olduğunu iddia edir. İcra başçısı isə rayona rəhbərlik etdiyini söyləyir və hamını onun təlimatlarına boyun əyməyə çağırır.
Masallının icra başçısı R.Hüseynovla aralarında olan ciddi konfliklər N.Əliyevin qarşısını kəsir. Ümumiyyətlə, gəldiyi gün başçı ilə yerli fiqurlar yola getmir.
Masallıdan deputat seçilmiş Nəriman Əliyev və iş adamı Hacı Mazan rayonun icra başçısı Rafil Hüseynovu devirmək istəyirlər. Necə ki deputat ikən Əhəd Abıyev Qəzənfər Ağayevi Masallıdan Astaraya sürgün etdi, indi də bu deputat icra başçısına qənim kəsilib.
Son aylar adı ciddi biznes qalmaqallarda hallanan, hətta diplomunun saxta olduğu deyilən biznesmen- deputat Nəriman Əliyev rayona özlərinin istədiyi adamın başçı təyin olunması üçün dəridən-qabıqdan çıxır.
Deputat biznesmen gah saxta diplomu ilə gündəmə gəlir, gah oğlu İsmayıl Nəriman oğlu Əlizadənin avtoxulqanlığı bütün paytaxt polisini və ictimaiyyəti təngə gətiriməsi ilə.
Məlumata görə, bir müddət öncə MTN işinə görə istintaqa ifadə verdiyi bildirilən deputatın məsuliyyətə cəlb olunması iddiasından sonra biznesinin əlindən alınması da gündəmə gəlib.
Mənbə bildirir ki, hazırda 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevin MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığının üzə çıxmasından sonra deputatın yaxın qohumu həbs olunub.
Deputatla bağlı yayılan məlumatlarda isə bildirilir ki, Nəriman Əliyev "Nur M” şirkətini uzun illər Akif Çovdarovla şərik işlədib.
Bu şirkət isə əsasən İrandan xurma, kişmiş, quru meyvə və s. məhsullar gətirib. Həmçinin deputat bu məhsullar üzrə monpolist kimi çıxış edib və onun monopoliyasına girməyə cəhd edən istənilən şəxsi zərəsizləşdirmək üçün dəfələrlə Akif Çovdarov "kartı”ndan istifadə edib.