Azərbaycan MN Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iddialarına cavab verib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.
Bu barədə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər.
"Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
Lakin Movses Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”, - deyə məlumatda bildirilir.