Şəfəqə Doğru » Gündəm » Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Bu gün bürcünüz nələr vəd edir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

 


Qoç - günün ilk yarısında iş məhsuldarlığı yüksək olacaq. Enerjinizi məqsədə çatmaq üçün gərgin çalışmağa sərf edin. Təklifləri tələskənlik olmadan dəyərləndirin.

Buğa - hansısa məqam və ya ünsür aktiv marağınıza səbəb olarsa, məsələnin həllinə kompleks şəkildə yanaşın. Sonrakı fəaliyyət üçün tələsmədən hazırlığa başlayın, bazisi tədricən formalaşdırın.

Əkizlər - işgüzar müstəvidə və şəxsi münasibətlərdə eqoistcəsinə, təkəbbür və təşəxxüslə davranmayın. Özünüzü məhdudlaşdırmaq, güzəştə getmək və başqasının maraqlarını nəzərə almaq gərəkdir.

Xərçəng - yeniliklər, gözlənilməz hadisələr günüdür. Uzaqdan gələn xəbər, zəng, yazışma və internetdə təmaslar istisna deyil.

Şir - təhsil səviyyəsi, bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Yaxın günlərdə formalaşacaq yeni maraq və ya mövzunun zəmini indi hazırlanır, formalaşır. Həssas olun, sayıq davranın. Planlarınız, gələcəyiniz, perspektivləriniz üçün önəmli ola biləcək məqamlar diqqətinizdən yayınmasın.

Qız - qarşıda duran, görüləsi işləri, tərəfdaşların təkliflərini və planlarınızı təhlil edin. Hansı işi ilk növbədə görmək gərəkdiyini, hansını da təxirə salmağın mümkünlüyünü müəyyənləşdirin.

Tərəzi - səhər saatlarında işlərin planlaşdırılmasına diqqətli yanaşın. Daha effektiv və sürətli olun. Yeni təəssüratlar sizi cəlb etsə də, cari işləri unutmayın, rutin prosesləri yarımçıq qoymayın.

Əqrəb - indi baş verənlər yaxın gələcəkdə yaşanacaqlara təsir edir. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın, amma mühüm qərarlar da qəbul etməyin. Gərəkli və yetərli səviyyədə eqoist olun. Yaxın ətrafınızdakı insanlar anlamalıdır ki, vaxtınız sizin mülkiyyətinizdir.

Oxatan - aktiv istirahət, gəzinti, dostlarla görüş üçün əlverişli vaxtdır. İnformasiya axını güclənəcək. Köhnə əlaqələri və kontaktları bərpa etmək olar.

Oğlaq - tərəfdaşlıq və əməkdaşlıq, habelə şəriklik münasibətlərinə yenidən baxmaq olar. Belə münasibətlərin formatının dəyişdirilməsinə ehtiyac duyulur.

Dolça - yeniliklərə zərurəti hiss edirsinizsə, mühüm söhbəti təxirə salmayın. Qəfil hadisə və ya situasiya planlarınza müdaxilə edəcək. Nədənsə imtina etmək, hansısa məsələ ilə bağlı güzəştə getmək məcburiyyətində qalacaqsınız.

Balıqlar - dəyişikliklərin sizə xeyri dəyəcək. Həmfikirlərinizlə birgə iş və ya problemin müzakirəsinə çalışın. Gərəkli informasiyanı isə təklifdə arayın. Bu günün ideyaları real deyil, tələsməyin.(shafaqadogru.com milli.az-a istinadən bildirir)