Şəfəqə Doğru » Gündəm » Azərbaycanlılar Ruhani ilə görüşdə belə şüarlar səsləndirdilər

Azərbaycanlılar Ruhani ilə görüşdə belə şüarlar səsləndirdilər

Azərbaycanlılar Ruhani ilə görüşdə belə şüarlar səsləndirdilər
İran Prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən gün Güney Azərbaycanın Təbriz şəhərinə səfər edib.
Shafaqadogru.com  Axar.az-a istinadən xəbər verir ki, o, səfər zamanı azərbaycanlıların milli şüarları ilə qarşılaşıb. Soydaşlarımız Ruhaninin "Purşərifi” salonunda çıxışı zamanı ona 4 il öncə verdiyi vədlərin yerinə yetirilmədiyini xatırladaraq, cavabdehlik daşıdığını vurğulayıblar.

Ruhani "Azərbaycan var olsun – İstəməyən kor olsun”, "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, "Haray, haray, mən türkəm” və s. kimi şüarların qarşısında "türkcə dil deyil, bir güclü ruhiyyədir” deyərək öz çıxışını davam etdirib.

Çıxış mərasiminin təşkilatçıları əhalidən "Ya Hüseyn, Mir Hüseyn” şüarının səsləndirilməsini istəyiblər, lakin soydaşlarımız milli şüarlar səsləndirməklə kifayətləniblər.

Ruhani öz çıxışında Urmiya gölü ilə bağlı verilən vədin yerinə yetirildiyinə işarə edərək bildirib ki, əgər bu böhranla bağlı tədbir alınmasaydı, bu gün Şərqi və Qərbi Azərbaycan tam başqa vəziyyətdə olardı, göl quruyardı və duz fırtınası hər yeri bürüyərdi.