Şəfəqə Doğru » Gündəm » Aygun Akimovaya prokuror 13 il cəza istəyib

Aygun Akimovaya prokuror 13 il cəza istəyib

Aygun Akimovaya prokuror 13 il cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə ittiham olunan Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

 


Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Aygün Akimovanın 13 il, İlham Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlara Cinayət Məcəlləsinim 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev sözügedən cinayət işi üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.