Şəfəqə Doğru » Gündəm » Gəncədə partlayış - Xəsarət alanlar var

Gəncədə partlayış - Xəsarət alanlar var

Gəncədə partlayış - Xəsarət alanlar var
Gəncədə partlayış olub. Hadisə şəhərin Əttarlar və Nizami Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə şəhər sakini Xaləddin Sarıyevə məxsus qutab bişirilən 4 kvadratmetrlik obyektdə baş verib. Hadisə zamanı X.Sarıyev və orada işləyən Qənirə adlı qadın yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.