Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb.
Shafaqadogru.com xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2016-ci il təvəllüdlü Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb.
S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Fakt araşdırılır.
Körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb - Abşeronda
24-08-2017, 10:45 805