Şəfəqə Doğru » Gündəm » Bu ilin 6 ayında Bakıda 40 nəfəri ilan sancıb

Bu ilin 6 ayında Bakıda 40 nəfəri ilan sancıb

Bu ilin 6 ayında Bakıda 40 nəfəri ilan sancıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin ilk 6 ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1121 müraciət daxil olub. Müraciət edənlərin 1048-i xəstəxanaya qəbul edilib. 

Shafaqadogru.com  xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

Onun sözlərinə görə, bu müddətdə sirkə turşusundan 111 nəfər, dəm qazından 165 nəfər, dərmandan 544 nəfər zəhərlənib: "121 nəfərdə isə allergik reaksiyalar baş verib. Yanvar-iyun ayları ərzində 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla zəhərlənmə, 40 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub".

A.Maqsudov deyib ki, yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib. Regionlardan əsas müraciətlər Şamaxı, Hacıqabul, Qazax, Şəmkir, Astara, Lənkərandan daxil olub.