Gürcüstanın rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının üzvləri yenidən Moskvaya səfər ediblər.
Shafaqadogru.com xəbər verir ki, səfər edən nümayəndə heyətinin tərkibində deputatlar Ada Marşaniya, Nato Çxeidze və Georgi Lomiya yer alıb. Onların Moskvada Rusiya Dumasının nümayəndələri ilə görüşəcəyi bildirilir. Səfər oktyabrın 5-nə qədər davam edəcək.
Qeyd edək ki, bu, partiya nümayəndə heyətinin Rusiyaya cari il ərzində ikinci səfəridir. Partiya Tiflisdən Rusiya ilə birbaşa dialoqa başlamasını istəyir.