Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə yerli vaxtla saat 06:36-da Qubadan 10 km şimal-qərbdə baş verib. Yerin 6 km dərinliyində baş verən zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.