Ermənistan hökuməti Rusiyanın İrəvana 100 milyon dollar həcmində müdafiə krediti verməsi layihəsini müzakirə edəcək.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Sputnik” agentliyi yayıb. Agentlik yeni kredit razılaşmasında Ermənistanın ilkin ödəmə kimi ümumi müqavilənin 10%-dən az olmayan hissəsini məsul olan Rusiya təşkilatına verməli olduğunu bildirib. Kredit 15 il müddətinə illik 3%-lə verilir. Onun istifadə müddəti 2018-2022-ci illər arasında olacaq.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana eyni qaydada 200 milyon dollarlıq kredit vermişdi.