Şəfəqə Doğru » Gündəm » Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir: "Bu da generalın evakuatorlarının puludur."

Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir: "Bu da generalın evakuatorlarının puludur."

Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir: "Bu da generalın evakuatorlarının puludur."
Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir...


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polsi İdarəsinin rəisi cənab Ramiz Zeynalova:

Bu gün saat 14:34-də Nizami metrosunun yaxınlığında köhnə 6-cı paralelni-indiki Hüseynov küçəsində 99 LN 132 nömrəli avtomobilimi saxladım. 15 dəqiqədən sonra avtomobilimi yerində görmədim. Məlum oldu ki, yol polisi tərəfindən avtomobilimi evakuator vasitəsi ilə ərazidən aparılıb. Həmin küçədə hər hansı qadağa işarəsi yoxdur, gediş-gəlişə mane olmur. Maşını aparan evakuator sürücüsü məni təhqir edərək əməlinə haqq qazandırdı. Bundan sonra "Spartak" stadionunun yaxınlığında yerləşən cərimə meydançasına getdim. Orada polis kapitanı Nuşirəvan Müğdət oğlu bilirdi ki, əgər sakit dursam 20 manatla yola verərik. Bu da generalın evakuatorlarının puludur. Həmin şirkət onlara məxsusdur. Mən etiraz edərək qanuni inzibati protokolu tərtib etməyi tələb etdim. Eyni zamanda evakuatorların sürücüləri evakuasiyasından sonra avtomobildə nasazlıqlar yaranıb.
Bu qanunsuzluğun səbəb olduğu nəticələr barədə sizə məlumat vermək istəyirəm:

1. Güclü stress keçirdim.
2. Qanunsuz olaraq avtomobilim cərimə meydançasına aparıldı.
3. İki saat ərizndə bütün iş qrafikim pozuldu.
4. Evakutorlara əsassız olaraq 20 manat ödədim.

Bu qanunsuzluqla bağlı atacağım addımlar barədə:
Evakuator.Az MMC kimə məxsusdur, təsisçiləri kimlərdir? 
Ayda qazandıqları külli miqdarda vəsaitdən dövlət büdcəsinə nə qədər ödəniş edir?
Dövlət Yol Polisi ilə həmin MMC-nin hansı əlaqlərəi var, bu barədə sorğular verib araşdırma aparacağam.
Nəhayət üzləşdiyim qanunsuluqlarla bağlı məhkəməyə müraciət edəcəyəm.
Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir:
Bəhruz Bayramov, tanınmış vəkil
Tanınmış vəkil Baş Dövlət Yol Polisi İdarəsini məhkəməyə verir: