Şəfəqə Doğru » Gündəm » Növbəti iki günün havası... - Proqnozlar Bürosu

Növbəti iki günün havası... - Proqnozlar Bürosu

Növbəti iki günün havası... - Proqnozlar Bürosu

Növbəti iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, noyabr ayının 13-ü və 14-də gecə və səhər ölkənin bəzi cənub-şərq rayonlarında, əsasən də Lənkəran-Astara zonasında çiskinli yağış yağacaq: "Bəzi rayonlardə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 15-19, dağlarda 7-12 dərəcə isti olacaq".

Mütəxəssis qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Yarımadanın bəzi yerlərində gecə və səhər saatlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-19 dərəcə arasında dəyişəcək".