Şəfəqə Doğru » Gündəm » İLHAM ƏLİYEV İRAN PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERDİ

İLHAM ƏLİYEV İRAN PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERDİ

İLHAM ƏLİYEV İRAN PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERDİ
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Zati-aliləri Həsən Ruhaniyə başsağlığı məktubu yollayıb.Shafaqadogru.com.un  məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
 
Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
 
Allah rəhmət eləsin!”