Şəfəqə Doğru » Gündəm » Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib

Bakıda 21 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib
Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi törədilib.
"Report” xəbər verir ki, 21 yaşlı Xəyal Məmmədov Zabrat qəsəbəsində naməlum şəxslə mübahisə edib.
Dava nəticəsində onun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.