Şəfəqə Doğru » Gündəm » Nail Allahverdiyevə 6 il cəza verildi

Nail Allahverdiyevə 6 il cəza verildi

Nail Allahverdiyevə 6 il cəza verildi

Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib

 


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda "Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Ramin Nağəliyev çıxış edərək N.Allahverdiyevə 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Dövlət ittihamçısı N.Allahverdiyevə Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilməsini istəyib.