Türkiyənin Qars bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, sərnişin avtobusu Türkiyədən Azərbaycan istiqamətində hərəkət edib.
Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Yaralanların əksər hissəsinin Naxçıvandan olduğu qeyd olunub.
Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.