Şəfəqə Doğru » Gündəm » GƏNC ŞAİR İNTİHAR ETDİ

GƏNC ŞAİR İNTİHAR ETDİ

GƏNC ŞAİR İNTİHAR ETDİ
Ötən gecə Bakı bulvarında gəncin özünü dənizə atması ilə bağlı cinayət işi başlanıb.
 
APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
09.23
 
Gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda "Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.
 
Dostlarının sosial şəbəkədəki paylaşımlarına görə, son 10 gün ərzində Məlik Cahan psixoloji narahatlıqlar yaşayır, həssas olduğu üçün cəmiyyətin bəzi ağrılı faktlarına dözə bilmədiyini yazırmış.
 
Onun iki gün öncə Facebook profilində paylaşdığı status da diqqəti çəkir. "52 saat 2 dəqiqə" yazılan qeydin zamanı intiharla üst-üstə düşür.
 
Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu. Şeirləri mətbuatda çap olunurdu.
 
Allah rəhmət eləsin.