Şəfəqə Doğru » Gündəm » Yeni qaçqın ordusu gəlir: 2 milyon

Yeni qaçqın ordusu gəlir: 2 milyon

Yeni qaçqın ordusu gəlir: 2 milyon

Hama və İdlibin bombardman olunmasına görə yüz minlərlə suriyalı Türkiyəyə doğru yola çıxdı. Əsəd və Rusiyanın bölgədəki bombardımanları davam edərsə, daha 2 milyon suriyalı qaçqının Türkiyəyə gəlməsi gözlənilir.

Shafaqadogru.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hama bölgəsində Rusiya qırıcılarının dəstək verdiyi hava hücumlarını davam etdirən Suriya rejimi, 10 gün ərzində 100-dən çox yaşayış məntəqəsini ələ keçirib. Bir tərəfdən hava hücumlarından xilas olmaq, digər yandan isə rejimin ələ keçirdiyi kəndlərdən qaçan 300 min suriyalı müxaliflərin nəzarət etdiyi İdlib bölgəsinə doğru hərəkət edib.

Soyuyan hava və davam edən bombardmanlar səbəbilə vəziyyət daha çox ağırlaşır. İdlib Bələdiyyəsi isə mövcud vəziyyətin davam etdiyi halda 2 milyondan çox suriyalı vətəndaşın Türkiyəyə keçməkdən başqa çarələrinin qalmayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, artıq 100 min suriyalı 3 gündür sərhəddə açıq havada qalıb. Digər tərəfdən, 10 gündür ki, davam edən bombardrmana görə, 170 nəfər sivil vətəndaş həyatını itirib. Məlumatlara görə, 3 xəstəxana, 2 məscid və 1 bazar tamamilə dağılıb.

Vilayət Muxtar