Şəfəqə Doğru » Gündəm » Bir polis güllələndi, biri bıçaqlandı - Azərbaycanda

Bir polis güllələndi, biri bıçaqlandı - Azərbaycanda

Bir polis güllələndi, biri bıçaqlandı - Azərbaycanda
 Shaqfaqadogru.com Missiya.Az-a istinadən xəbər verir ki, hadisə ötən gecə saat 01:00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Əldə etdiyimiz məlumata görə, Gəncədə çevik polis alayının əməkdaşı hələlik kimliyi məlum olmayan şəxs tərəfindən güllənib. Hadisə zamanı polis əməkdaşı ağır yaralanıb. Polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Məlumata görə, Gəncədə polis gücləndirilmiş iş rejimində işləyir. Polisi yaralayan şəxsin saxlanılması üçün şəhərin giriş-çıxışlarında yoxlanışlar aparılır. Hələlik hadisənin təfərrüatı məlum deyil.
Teref.info APA-ya istinadən məlumatına görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.

Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.