Şəfəqə Doğru » Gündəm » Arvadını yastıqla boğub öldürdü - Lökbatanda qətl

Arvadını yastıqla boğub öldürdü - Lökbatanda qətl

Arvadını yastıqla boğub öldürdü - Lökbatanda qətl

Arvadınını yastıqla boğaraq qətlə yetirən şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, hadisə yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq qətlə yetirib.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.