Şəfəqə Doğru » Gündəm » Ana öz oğlunun övladını dünyaya gətirəcək - FOTOLAR

Ana öz oğlunun övladını dünyaya gətirəcək - FOTOLAR

Ana öz oğlunun övladını dünyaya gətirəcək - FOTOLAR

 

Daha əvvəl qızı üçün daşıyıcı ana rolunu oynayan olmuşdu, amma oğlu üçün daşıyıcı ana olan qadın ilk dəfə eşidəcəksiz.

 Shafaqadogru.com Publika.az-a isdinadən  xəbər verir ki, ABŞ-da 17 yaşlı Kayla Cons uşaqlıq boyunda yaranan kista səbəbindən ana ola bilmək şansını itirib. Evləndiyi zaman təbii yollarla heç vaxt ana ola bilməyəcəyini bilən Kayla, ailə qurduqdan sonra ana olmaq üçün daşıyıcı ana axtarmağa başlayır.

Daşıyıcı ana axtaran cütlük bu barədə evdəkilərə məlumat verir. Elə bu zaman Kaylanın qayınanası "kaş ki mən daşıyıcı ana ola bilərdim" deyir. Zarafatla deyilən söz bir anda həqiqətə çevrilir. Beləliklə, həkimlər öz nəvəsi üçün daşıyıcı analıq etmək istəyən qadını heyrətlə qarşılayıblar. Müayinə və analizlərdən sonra gəlini Kayla və oğlundan alınan nümunələr qayınananın bətninə yerləşdirilib.

İlk sınaq uğursuz olsa da, 2-ci dəfə mayalanma prosesi uğurla tamamlanıb. Ana öz oğlunun körpəsinə hamilə qalıb. Qayınana, gəlin və oğlu birlikdə xoşbəxt ailə fotosu çəkdirib sosial şəbəkədə paylaşıblar. Daşıyıcı analıq ABŞ-da olduqca geniş yayılıb.

Könül Cəfərli