Şəfəqə Doğru » Gündəm » Turkiye pilotsuz tank hazirlayir

Turkiye pilotsuz tank hazirlayir

Turkiye pilotsuz tank hazirlayir
Türkiyədə pilotsuz tankların hazırlanması istiqamətində artıq ilk addımlar atılıb.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin 2017-ci ildə bu tip layihələrlə bağlı tender keçirdiyi məlum olub.
Tenderə 400-dən artıq layihə təqdim olunub, dekabrda 16 layihə son mərkələyə buraxılıb. Müdafiə Sənayesi Müşavirliyinin pilotsuz tank istehsalının ilk addımı olaraq keçirdiyi tenderdə "Efe” adlı layihə birici, "Dost” ikinci, "Otosar” isə üçüncü olub.
Birinci olan layihədə nəzərdə tutulan pilotsuz quru nəqliyyat vasitələrinin sonrakı mərhələdə təkmilləşdirilərək, Türkiyənin ilk insansız idarə olunan tanklarının yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesində ölkənin xaricdən asılılığının əhəmiyyətli dərəcədə azaldığını bildirmiş və rəsmi Ankaranın gələcəkdə insansız tanklar istehsal edəcəyinin anonsunu vermişdi.