Şəfəqə Doğru » Gündəm » Ötən gün ölkə ərazisində 105 cinayət hadisəsi törədilib

Ötən gün ölkə ərazisində 105 cinayət hadisəsi törədilib

Ötən gün ölkə ərazisində 105 cinayət hadisəsi törədilib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb

 


DİN-dən verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.