Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammitində iştirak etmək üçün Vyetnama səfər edib.
Shafaqadogru.com "RİA Novosti"yə istinadən xəbər verir ki, sammit çərçivəsində Putinin ABŞ prezidenti Trampla görüşü də gözlənilir.
Qeyd edək ki, ötən gün Kremldən verilən açıqamada iki ölkə liderinin görüşəcəyi bildirilib: "Görüşün vaxtı müəyyənləşib. Noyabrın 10-da baş tutacaq. Hazırda görüşün saatı üzərində iş aparılır".
Amerika tərəfi isə görüşlə bağlı konkret fikir açıqlamayıb.