Şəfəqə Doğru » Gündəm » Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb

Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb

Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb
Ağstafa rayonunun Dağkəsəmən kəndində silahlı insident törədən şəxs saxlanılıb.

Şəxsi münasibətlər zəminində rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Tural İbrahim oğlu rayonun Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Niyazov Rauf Fikrət oğluna ov tüfəngi ilə atəş açaraq onu qol və bud nahiyələrindən yaralayıb. 

Yaralı yaxınları tərəfindən Qazax rayon Müalicə Diaqnoztika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir. 

Hadisəni törədən şəxs isə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.