Şəfəqə Doğru » Gündəm » Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi

Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi

Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrində yeni içməli su xətti istismara verildi

"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 23 avqust tarixli 3190 nömrəli Sərəncamına uyğun olaraq Ağstafa rayonunun 4 yaşayış məntəqəsinə, Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrinə içməli su xətti çəkilib. Bu münasibətlə Qarayazı qəsəbəsinin mərkəzində geniş mərasim keçirildi. 

Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, "Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də həmin yaşayış məntəqələrinin ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə qəsəbələrin sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbirk etdi. Bu qəsəbələrə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə içməli suyun verilməsi, Novruz bayramının gəlişindən xəbər verən su çərənbəsi ilə bir günə təsadüf etməsi sözün əsil mənasında hər birimizdə yüksək bayram ovqatı yaradır. İcra başçısı öz çıxışında ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son zamanlar rayonda görülən işlərdən geniş bəhs etdi. 

Tədbir çıxış edən yerli sakinlər, şəhid ailəsinin üzvü Teymur Qurbanov, ağsaqqal Elxan Mustafayev, ziyalılar Mais Bəhrəmov, Fəramiz Məmmədov və digərləri bildirdilər ki, bu yaşayış məntəqələrinin yüz faiz qazlaşdırılması, ötən ilin sonunda rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolunun əsaslı yenidən qurulması və hazırda isə yeni içməli su xəttinin istismara verilməsi onlara göstərilən yüksək dövlət qayğısının nəticəsidir. Bütün həyata keçirilən bu işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yerli ictimayiət adından dərin minnətdarlığımızı bildiririk.

Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi