Ermənistan Prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün imzalanan protokolları ləğv etdiyini açıqlayıb.
Bu barədə Türkiyə mediası xəbər verib.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürxdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi. Bundan sonra Türkiyə Ermənistanla sərhədi açacaqdı/Teleqraf.com.