Şəfəqə Doğru » Gündəm » Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Shafaqadogru.com xəbər verir ki, Ərdoğan və Putinin telefon görüşündə Şərqi Qutada cərəyan edən insanlıq faciəsi başda olmaqla Suriyadakı son proseslər müzakirə olunub.

Görüşdə humanitar yardımların tez bir zamanda Şərqi Quta əhalisinə çatdırılmasının və BMT TŞ qətnaməsi çərçivəsində Şərqi Qutada atəşkəsin tam olaraq həyata keçirilməsi üçün Türkiyə, Rusiya və İranın birgə səy göstərməsinin böyük əhəmiyyəti qeyd olunub.