Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.
Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü
Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı,
1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman
oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.