Fransa polisi Nanterre şəhərində keçmiş prezident Nikolas Sarkozini 26 saat nəzarətdə saxladıqdan sonra sərbəst buraxıb.
N.Sarkozi prezidentliyi dövründə (2007-2012) Liviyanın keçmiş prezidenti Qaddafidən qanunsuz və gizlin yolla pul alması iddialarıyla bağlı ifadə verib.
Xatırladaq həmin dövrün tanınmış liviyalı iş adamlarından olan Ziad Takiəddin bu yaxınlarda iddia etmişdi ki, 5 milyon avro nağd pulu Sarkozi və onun iki yaxın adamına o şəxsən təhvil verib. N.Sarkozi isə öz çıxışlarında bu iddianı yalanlamış və Z.Takiəddini "yalançı" adlandırmışdı.