Nazirlər
Kabineti qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı əlavə
dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələyə aydınlıq
gətirib.
Trend-in yaydığı məlumata görə, qəzet çapı üçün nəzərdə tutulan kağızın
əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələyə müvafiq dövlət
dövlət orqanlarının iştirakı ilə Nazirlər Kabinetində baxılıb.
Vergi
sahəsində tətbiq edilən azadolmaların minimuma endirilməsi
istiqamətində aparılan ardıcıl siyasət baxımından və bu sahədə
beynəlxalq təcrübə də nəzərə alınmaqla qəzet nəşri üçün nəzərdə tutulan
kağızın idxal zamanı ƏDV-dən azad olunması məqsədəuyğun hesab edilməyib.
Eyni
zamanda, "Azərbaycan Respubikasının xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük
rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər
Kabinetinin qərarına əsasən, "Rulonlarda və ya vərəqlər şəklində qəzet
kağızı”na bu il yanvarın 1-dən 0 faizli gömtrük rüsumu tətbiq edilir.
Vergi
Məsəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin alqı-satqısının
bütün növləri üzrə dövriyyələri, mətbu kütləvi informasiya vasitələri
məhsulları ilə bağlı redaksiya, redaksiya, nəşriyyat və poliqrafiya
fəaliyyəti üzrə (reklam xidmətləri istisna olmaqla) ölkədaxili
əməliyyatlar ƏDV-dən azaddır.