Daxili
İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis
general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb.
Bu
barədə Gununsesi.info saytını məlumatlandıran mənbənin sözlərinə görə,
hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları
yaradıb.
Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.
Qeyd
edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət
edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis
müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin
rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi
vəzifələrində işləyib.
Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib.