"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər"
Shafaqadogru.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərin Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqilə bağlı suallarını cavablandırarkən deyib.
S.Babayev qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir: "4 günlük iş həftəsi müzakirə edilən ölkələrdə əmək haqqı saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərədən asılı olaraq müəyyən edilə bilər".
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil. S.Babayev gələcəkdə istənilən məsələ kimi 4 günlük iş həftəsinin Azərbaycanda tətbiqi də müzakirə oluna bilər.