Şəfəqə Doğru » Gündəm » Afrində şok görüntü: PKK məscidin divarına... - Foto

Afrində şok görüntü: PKK məscidin divarına... - Foto

Afrində şok görüntü: PKK məscidin divarına... - Foto
Türkiyə ordusunun Afrində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı zamanı azad edilən kəndlərdən birində axtarışlar zamanı PKK-çıların məscidi qərargaha çevirdikləri üzə çıxıb.

Shafaqadogru.com  xəbər verir ki, terrorçuların uzun müddət məsciddə yaşadıqları, PKK lideri Abdullah Öcalanın şəkillərini məscidin divarlarından asdıqları məlum olub.

Terrorçular məscidin bir hissəsindən mətbəx kimi istifadə ediblər.

Kəndin azad edilməsindən sonra burada həyatın qaydasına düşdüyünü deyən vətəndaşlar, PKK-çıların bu məsciddə əməliyyat planlarını hazırladıqlarını da bildiriblər:

"Hətta buranı xəstəxana kimi də istifadə ediblər. Namaz qılınan bir yeri xəstəxanaya çevirmək hansı əxlaqa sığır?!”

Məlumata görə, terrorçular həmçinin yerli sakinlərin evlərini də əllərindən alaraq, öz məqsədləri üçün istifadə edirmişlər.
Afrində şok görüntü: PKK məscidin divarına... - Foto