Şəfəqə Doğru » Gündəm » İranda ikinci zəlzələ baş verdi: 38 yaralı

İranda ikinci zəlzələ baş verdi: 38 yaralı

İranda ikinci zəlzələ baş verdi: 38 yaralı
İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında deyilib.
Yeraltı təkanlar Bağdad şəhərinin 170 kilometr şimal-şərqində baş verib. Zəlzələnin ocağı yerin 52 kilometr dərinliyində qeydə alınıb.
Həlak olan və ya xəsarət alanların olması barədə informasiya verilməyib.
***
17:11
İranın qərbində baş verən zəlzələ zamanı ən azı 23 nəfər xəsarət alıb.
Bu barədə "Tasnim” xəbər agentliyi məlumat yayıb. Xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib.
***
Zəlzələdə zərərçəkənlərin sayının 38-ə çatdığı bildirilib.
***
İranda növbəti dəfə zəlzələ qeydə alınıb.
Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yerli vaxtla 22:56-da qeydə alınan 4,2 ballıq yeraltı təkanların episentri paytaxt Tehrandan 91 km şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir