Çünki ölkədə milli-mənəvi dəyərlərin deqradasiyası müşahidə olunur.
Bu
barədə AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası
şöbəsinin müdiri Nizami Əyyubov "Amerikanın səsi”nə müsahibəsində
bildirib.
Ölkədəki demoqrafik durum və
problemlərdən danışan mütəxəssis qeyd edib ki, demoqrafik inkişaf olsa
da, boşanmaların sayında kəskin artım var.
Araşdırmalar
göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası
2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə
alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2013-cü
ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13
114 boşanma halı baş verib. Rəsmi statistikaya görə, 2017-ci ilin 10
ayında ölkədə 52 min 61 nikah bağlanıb. Həmin dövr ərzində 12 min 191
boşanma qeydə alınıb. Bu rəqəmlər yalnız rəsmi nikahlara aiddir.
Qeyri-rəsmi nikahları da bura əlavə etsək, statistikanın azı iki dəfə
artma ehtimalı var.
Bəs ailələr niyə dağılır?
Göstərilən rəqəmlər cəmiyyətdəki hansı problemlərdən xəbər verir?
Boşanmaların sayını necə azaltmaq olar?
"Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban
Zeynalovanın virtualaz.org saytına bildirdiyinə görə, boşanmalar psixoloji,
sosial və iqtisadi amillərlə bağlıdır: "Boşanmalar üçün çox səbəblər
var. İlk növbədə ailənin köhnə qayda ilə idarəçiliyini saxlayanlar və
bununla razılaşmalayanlar arasında münasibət, dəyərlər sisteminin
dəyişməsi rol oynayır. Yaşı keçdiyinə görə ailə quranlar, erkən ailə
qurmağa məcbur edilənlər, iqtisadi amilə görə məcbur ərə verilmələr var.
Kişinin işləməməsi, qadının işləməsi, xəyanət, sosial şəbəkələrin də
boşanmalarda müəyyən rolu var. Bir çox qadınlar öz azadlıqlarının zorakı
yolla məhdudalaşdırılmasını istəmirlər. Artıq ailədə dəyərlər sistemi
çat verib. Ona görə də bu proses hələ gedəcək”.
M.
Zeynalova deyir ki, boşanmaların qarşısını almaq, dayandırmaq, hansısa
formada saxlamaq mümkün olmayacaq: "Proses özü-özünü tənzimləyəcək.
Şüurlu ailə qurma prosesinə gedincə, insanlar bir-birlərinə gərəkli
olduqlarını, vacibliklərini duymayınca, bu proses davam edəcək. Çünki
indi ailə quranların biri yaşı keçdiyinə görə, biri nəsil artırmağa
görə, biri iqtisadi amilə görə ailə qurur. Şüurlu şəkildə ailənin
sabitliyi, ailənin önəmini dərk edərək ailə quranlar çox azdır”.
Sosioloq
Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə institutunun dağılması çox
faciəvi haldır. Mütəxəssis hesab edir ki, boşanmalar həm maddi, həm də
mənəvi amillərlə bağlıdır.
"İnsanların
davranışında baş verən hər hansı dəyiklikdə 3 fator mühüm rol oynayır:
Yaşadığı mühir, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər
sistemi. Bu 3 amil qarşılıqlı əlaqədə davranışı formalaşdırır. Əvvəlcə
onu deyək ki, bir çoxları hesab edirlər ki, ailə olmasa daha sərbəst
olarlar. Əslində isə ailə institunun çox məziyyətləri var. Belə
institutun dağılması faciəvi haldır. Ailə cəmiyyətin əsas üzvüdür. Belə
olan halda ailənin dağılması cəmiyyətdə xoşagəlməz proseslərin
yaranmasına səbəb ola bilər. Yeni nəslin keyfiyyətsiz böyüməsi, kriminal
aləmin inkişafına gətirib çıxara bilər”, - deyə sosioloq bildirir.
Ekspert
deyir ki, boşanmaların bu qədər çoxluğu mühitdə, informasiya
cəmiyyətində və dəyərlər sistemindəki ciddi problemlərlə bağlıdır. İndi
əvvəlki kimi ictimai qınaq yoxdur. İnsanlar sosial şəbəkələrdə intim
söhbətlər edir, erotik, pornoqrafik filmlər geniş yayılıb. Cəmiyyətdə
mənəvi dəyələr maddi dəyələrin basqısı altına düşüb. Belə olan halda
xoşagəlməz proseslər baş verəcək. Ailələrin dağılması da onlardan
biridir. Bu proseslərin qarşısını almağa gəlincə isə, geniş fəaliyyət
proqramının hazırlanmasına ehtiyac var.
"Boşanmaların
qarşısını almaq üçün aidiyyati qurumlar ciddi elmi tədqiqatların
əsasında fəaliyyət proqramı hazırlamalıdır. Ortada proqram olanda hər
şey bir-biri ilə uzlaşdırılır. Hansı dəyişikliklər lazımdır,
qanunvericilikdə hansı dəyişikliklər ola bilər, hansısa inzibati
metodlara əl atmaq olar, bunlar araşdırılır. Necə ki regionların
inkişafı ilə bağlı işlər görülür, sosial sferalarda da bu işləri
görməliyik və peşəkar insanlar bununla məşğul olmalıdırlar”, - deyə
sosioloq bildirib.
N.Novruzov