Fövqəladə Hallar Nazirliyi Xaçmazda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Xəbərdə bildirilib ki, Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Xaçmaz şəhərində "VAZ” markalı minik avtomobili yol
kənarındakı maneəyə çırpılması barədə müraciət daxil olub. Hadisə yerinə
cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri
avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun
cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil
veriblər.O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.