Şəfəqə Doğru » Gündəm » Avtomobil qaçıranlar saxlanıldılar -Gəncədə

Avtomobil qaçıranlar saxlanıldılar -Gəncədə

Avtomobil qaçıranlar saxlanıldılar -Gəncədə

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report" saytına verilən məlumata görə, DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev "VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuş - Tural Rüstəmov Məcid Sultanov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

N.Novruzov